» » Ərdoğanın mühafizəçiləri Ekvadorda qadınları döydülər - VİDEO

Ərdoğanın mühafizəçiləri Ekvadorda qadınları döydülər - VİDEO

Ərdoğanın mühafizəçiləri Ekvadorda qadınları döydülər - VİDEO

Prezidentin səfəri qalmaqalla başa çatıb.

Türkiyə prezidentinin Rəcəb Tayyib Ərdoğanın Ekvadora rəsmi səfəri böyük qalmaqalla başa çatıb.

ucarliyiq.biz xəbər verir ki, Latın Amerika ölkəsi prezident Ərdoğanın mühafizəsinin hərəkətlərinə görə rəsmi Ankaraya etiraz notası hazırlayır.

Məluamata əsasən, Ərdoğanın mühafizəçiləri prezidentin Ekvadorda çıxışı zamanı onun siyasətini pisləyən etirazçılara qarşı güc tətbiq ediblər.

Qadın etirazçılar prezidentin çıxışını kəsərək onun istefa verməsini tələb ediblər. Buna cavab olara Türkiyə prezidentinin mühafizəçiləri onlara qarşı güc tətbiq edərək zaldan çıxarıblar.

Ekvador KİV-in ölkə prezidenti Rafael Korresə istinadən məlumatına görə, hadisədən sonra Türkiyə səfiri Ekvador XİN-ə çağırılıb.

Rafael Korres həm etirazçıların, həm də Türkiyə prezidentinin mühafizəçilərinin hərəkətlərini pisləyib.