» » BMT-dən Şimali Koreyaya etiraz gəldi

BMT-dən Şimali Koreyaya etiraz gəldi

BMT-dən Şimali Koreyaya etiraz gəldi

“Qətnamə layihəsi üzərində iş yaxın günlərdə davam edəcək”.

BMT Təhlükəsizlik Şurası Koreya Xalq Demokratik Respublikasının (KXDR) ballistik raket buraxılışını pisləyərək, Şuranın qətnamələrinin növbəti dəfə pozulduğunu etiraf edib, Venesuelanın BMT yanındakı daimi nümayəndəsi (fevraldan TŞ-nin sədri) Rafel Ramires bəyan edib, ucarliyiq.biz RİA “Novosti”yə istinadən xəbər verir.

Bazar günü BMT Təhlükəsizlik Şurası KXDR-də ballistik raket buraxılışı ilə əlaqədar təcili iclas keçirib.

Ramires Pxenyanın hərəkətlərini BMT TŞ-nin qətnamələrinin ciddi şəkildə pozulması adlandırıb.

“TŞ üzvləri bu raket buraxılışını ciddi şəkildə pisləyirlər, - o, bildirib. – TŞ üzvləri bu ciddi pozuntulara cavab verən tədbirlərin əks olunduğu yeni qətnamə qəbukl edəcəklər”.

O qeyd edib ki, layihə üzərində iş yaxın günlərdə davam edəcək.