» » Misirdə 8 nəfərə edam hökmü verilib

Misirdə 8 nəfərə edam hökmü verilib

Misirdə 8 nəfərə edam hökmü verilib

Qalan 20 məhkuma dair hökm mart ayının 13-də elan ediləcək.

Misirin hərbi məhkəməsi 8 məhkuma dair hökm çıxarıb. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bu məhkumların sırasında “Müsəlman qardaşlar” təşkilatına yaxınlığı ilə məşhur olan “25 yanvar” telekanalının aparıcısı da var.

Məlumatda 20 məhkuma dair hökmün mart ayının 13-də elan ediləcəyi bildirilib.

Müttəhimlər, qalan 700 məhkum kimi 2013-cü ilin avqust ayında islamçıların mitinqi dağıdıldıqdan sonra həbs ediliblər. Onlar Muhamməd Mursinin prezident postuna qayıtmasını tələb edirdilər.   

Bundan başqa, onlar silahlı etiraz aksiyası keçirməkdə və polisləri qətlə yetirməkdə ittiham edilirlər.