» » İran Avropa İttifaqı ilə danışıqlara start verir

İran Avropa İttifaqı ilə danışıqlara start verir

İran Avropa İttifaqı ilə danışıqlara start verir

Avropanın nümayəndə heyəti Tehrana səfər edəcək.

Aİ və İran arasında əməkdaşlığa dair danışıqlar bazar ertəsi Tehranda başlayacaq.  

ucarliyiq.biz xəbər verir ki, bu barədə İİR Xarici İşlər Nazirliyinin  Avropa və Amerika departamentinin rəhbəri Məcid Taxt Ravançi bildirib.

Başda Avropa xarici siyasət xidmətinin baş katibinin müavini Helqa Şmidt olmaqla Avropanın nümayəndə heyəti əməkdaşlığa dair danışıqlar üçün Tehrana gəlir, Focus agentliyi IRINN telekanalına istinadən məlumat yayıb.

Ravançi qeyd edib ki, bu qəbildən olan danışıqlar altı aydan bir Tehran və Brüsseldə keçirilməsi planlaşdırılır.

Dialoqun gedişatında İran və Avropa arasında energetika, ticarət, bank işi və maliyyə kimi sahələrdə ikitərəfli münasibətlər müzakirə ediləcək.