» » İsveçin XİN başçısı Azərbaycana gəlir

İsveçin XİN başçısı Azərbaycana gəlir

İsveçin XİN başçısı Azərbaycana gəlir

Ölkə rəhbərliyi ilə görüşlər keçiriləcək.

İsveçin xarici işlər naziri Marqot Vallstrem Azərbaycana səfər edəcək.

ucarliyiq.biz xəbər verir ki, bu barədə məlumat İsveç XİN-nin rəsmi saytına yer alıb.

Bildirilir ki, Valstrem Bakıya fevralın 10-da, Cənubi Qafqaz ölkələrinə regional səfəri çərçivəsində gələcək.

Bakıya birgünlük səfər çərçivəsində M.Valstrem ölkə rəhbərliyi görüşlər keçirəcək, ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini, eləcə də Azərbaycan və Avropa İttifaqı arasındakı əməkdaşlığı müzakirə edəcək.

Qeyd edək ki, bu, Valstremin Azərbaycana ilk rəsmi səfəridir.