» » Türkiyədə böyük əməliyyat: 60 PKK yaraqlısı məhv edildi

Türkiyədə böyük əməliyyat: 60 PKK yaraqlısı məhv edildi

Türkiyədə böyük əməliyyat: 60 PKK yaraqlısı məhv edildi

Polisin “təslim ol” çağırışlarına atəşlə cavab gəldi.

Türkiyənin Cizrə bölgəsində keçirilən gecə əməliyyatları zamanı 60 PKK yaraqlısı məhv edilib.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə xəbəri “TRT Haber” telekanalı yayıb.

Əməliyyatın Cizrədə bir-biri ilə əlaqəsi olan 6-7 binada aparıldığı bildirilir.

Qeyd olunur ki, səhərədək davam edən əməliyyatda məhv edilmiş terrorçuların sayı yaxın saatlarda dəqiqləşdiriləcək.

Əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşlarının “təslim ol” çağırışlarına atəşlə cavab verilib.

2 saata yaxın davam edən atışmada PKK-nın qərargah kimi istifadə etdiyi binanın əhatəsində 30-dan artıq terrorçunun məhv edilməsi barədə məlumatlar da daxil olmaqdadır.