» » İran Avropaya neft ixracını bərpa edir

İran Avropaya neft ixracını bərpa edir

İran Avropaya neft ixracını bərpa edir

Tankerə İran körfəzində terminalda 800 min ton neft yüklənib.

İsveçrənin “Glencore” xammal treyderi dəniz yolu ilə Avropaya İran neftinin ixracı üçün yükləmələrə başlayan ilk qərb şirkətidir.  

ucarliyiq.biz xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

“Glencore AG” tərəfindən icarəyə götürülmüş tankerə İran körfəzində 80 min ton neft yüklənib.

İranın Avropaya gündə 300 min barel neft satacağını planlaşdırdığı qeyd edilib.

Daha öncə İranın ilk dəfə Tacikistana neft məhsullarının satışına başladığı barədə məlumat yayılmışdı.