» » Rusiyada Türkiyə ilə bir əsrlik dostluğa qarşı çıxdılar

Rusiyada Türkiyə ilə bir əsrlik dostluğa qarşı çıxdılar

Rusiyada Türkiyə ilə bir əsrlik dostluğa qarşı çıxdılar

İmzalanmış müqavilənin Azərbaycanın dövət sərhədlərinə birbaşa aidiyyatı var.

Dövlət Dumasında 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvinə dair müraciət hazırlanıb.   

ucarliyiq.biz xəbər verir ki, bu təkliflə Rusiya Kommunist Partiyasının deputatları prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova müraciət ediblər.

Məktubun sürəti “İzvestiya”nın sərəncamındadır.

Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkinlə partiyanın katibi Serqey Obuxov tərəfindən hazırlanan müraciətdə Ankaranın Moskvaya qarşı aqressiv siyasi xətt yeridilməsi əsas gətirilərək müqavilənin ləğvinə dair çağırış yer alıb.

“Hazırda Türkiyə tərəfindən aqressiyanın artdığı halda ölkəmiz və müttəfiqlərimiz üçün yararsız olan sənədin hüquqi cəhətdən yenidən nəzərdən keçirilməsi zəruridir”, - Obuxov qeyd edib.

Onun sözlərinə görə, Ankara anlamalıdır ki, münaqişənin bu cür eskalasiyası nə ilə nəticələnə bilər.

“Yalnız bu, onu yeni təxribatlardan yayındıra bilər”, - o qeyd edib.

“Ədalətli Rusiya naminə” partiyasından olan deputatlar da həmkarlarının bu təşəbbüsünü dəstəkləyiblər. Deputat Oleq Poloxov Moskva müqaviləsini Rusiyanın maraqlarına zidd olduğunu hesab edir.

Qeyd edək ki, 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir.

Moskva müqaviləsi Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR iştirakı olmadan, bu respublikalar ilə Türkiyənin şimali-şərq sərhədlərini müəyyənləşdirib.