» » London Rusiya və NATO arasında mümkün müharibəyə hazırlaşır

London Rusiya və NATO arasında mümkün müharibəyə hazırlaşır

London Rusiya və NATO arasında mümkün müharibəyə hazırlaşır

“Bu təlimlər İŞİD-ə qarşı deyil”.

Böyük Britaniya “Shamal Storm” təlimləri çərçivəsində İordaniyaya 1,6 min hərbçi və 300 ədəd texnika yerləşdirəcək.

ucarliyiq.biz RBK-ya istinadən xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Qəzetin hərbi mənbələrinin məlumatına görə, təlimin məqsədi Rusiya və NATO arasında mümkün münaqişədə tez bir zaman ərzində texnikanın Şərqi Avropaya yerləşdirilməsinə hazırlıqdır.

Qəzetin həmsöhbətləri Suriya ilə həmsərhəd olan İordaniyada keçirlməsinə baxmayaraq, təlimlərin “İslam dövləti” ilə əlaqədar olmadığını bildriblər:

“Təlimlər İŞİD-ə qarşı deyil. Biz ABŞ-a daha çox Ukraynada qoşulmağa hazırlaşırıq, nəinki Suriyada, - qəzetin ordudakı mənbələrindən biri bildirib. – Bu Hələbə bir sürü cihadçı ilə mübarizəyə yönləndiriləcək qüvvə deyil”.

Britaniya ordusunun rəsmi nümayəndəsinin sözlərinə görə, İordaniyadakı təlimlər “30 min nəfərdən ibarət hərbi qüvvələrin dünyanın istənilən nöqtəsində yerləşməsini” tam hərbi hazırlığı təmin etməlidirlər.

İrodaniyaya artıq 300 ədəd hərbi texnika yerləşdirilib. Təlimlər çərçivəsində lojistik, kəşfiyyat, partlayıcı üzrə mütəxəssislər, eləcə də tibb işçiləri yerləşdirilən qoşunlara dəstəyi təmin edəcəklər.