» » Putin öz yerinə bu adamı hazırlayır

Putin öz yerinə bu adamı hazırlayır

Putin öz yerinə bu adamı hazırlayır

O, “Rusiya qəhrəmanı” adı ilə təltif edilib.

Rusiya prezidenti Vladimir Putin onu əvəz edəcək adamı və “müharibə qəhrəmanı”nı (onun qiymətləndirməsinə görə) hazırlayır.

ucarliyiq.biz Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri yazır.

Müdafiə nazirinin müavini Aleksey Dyumin (43 yaşı var) bu günlərdə Tula vilayətinin qubernatoru təyin edilib və bu fonda KİV-in diqqətinə onun “şücaətinə” dair məlumatlar düşüb.

Daha öncə Dyumin Putinin cangüdəni və onun etibar etdiyi adyutantı olub, eləcə də prezidentin şəxsi xokkey klubunda qapıcı mövqeyində oynayıb.

Ukraynada devrilmiş prezident Viktor Yanukoviçin ölkədən çıxarılması və Kiyev qərbyönümlü inqilab alovuna büründüyü 2014-cü ildə Rusiyaya çatdırılması kimi gizli əməliyyata, məhz o, rəhbərlik edib.

Həmin il Dyumin Rusiya ordusunun xüsusi əməliyyatlarını həyata keçirən qoşunlarına rəhbərlik edirdi, bu qoşunlar Krımın işğalında həlledici rol oynayıb.

Putin ona göstərdiyi şücaətə görə, “Rusiya qəhrəmanı” adını, general rütbəsini verib və quru qoşunlarının komandanın müavini vəzifəsinə təyin edib.  

İki ay öncə Dyumin müdafiə nazirinin müavini vəzifəsini alıb.

Dyuminin, ərazisinə görə Uelsdən böyük olan Tula vilayətinin administrasiyasının rəhbəri vəzifəsinə gözlənilməz təyinatı, Putinin onun növbəti vəzifə yüksəlişindən öncə siyasi təcrübə yığmasını istəməsi kimi qiymətləndirilib.

Təcrübəli teleaparıcı, “Qovorit Moskva” (“Danışır Moskva”) radiostansiyasının baş redaktoru Sergey Dorenko hesab edir ki, Vladimir Putinin Aleksey Dyumini özünə əvəz hazırlayır.

Putin ilə qarşılıqlı anlayış əldə edə bilməyən və onunla işləməkdən imtina edən üçüncü Kreml icmalçısı olan Sergey Dorenko, Putinin Dyuminə ümid etdiyini bildirib.

O, Dyumini Rusiya prezidentliyinə iki mümkün namizəddən – 2008-ci ildən 2012-ci ilə qədər prezident postunda olan baş nazir Dmitri Medvedyevdən (50 yaş) və Moskva vilayətinin administrasiyasının rəhbəri Andrey Vorobyovdan (45 yaş) daha yüksəkdə yerləşdirib.