» » Rusiyadan Antalyaya turist axını 5 dəfə azalıb

Rusiyadan Antalyaya turist axını 5 dəfə azalıb

Rusiyadan Antalyaya turist axını 5 dəfə azalıb

Azalma yalnız rusiyalıların hesabına deyil.

Türkiyədə Antalyanın Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, 2015-ci ilin yanvarı ilə müqayisədə cari ilin yanvar ayında kurorta gələn rusiyalı turistlərin sayı 5,3 dəfə azalıb.

ucarliyiq.biz xəbər verir, belə ki, 2016-cı ildə Antalyaya Rusiyadan 2 min 427 turist səfər edib, 2015-ci ilin yanvarında isə 12 min 870 nəfər səfər etmişdi.  

Turistlərin sayı yalnız rusiyalıların hesabına azalmayıb. Əyalətə gələn turistlərin sayı keçən illə müqayisədə 17 fazi azalıb, 117,7 mindən 97,6 minə qədər.

Belə ki, İtaliyadan olan turistlərin sayı 47 fazi, Belçika və İsveçdən olan turistlərin sayı isə 30 fazi azalıb.

2016-cı ilin birinci ayında bura gələn xarici qonaqların ümumi sayının göstəricisi isə son on ildə ən aşağı göstərici olub.