» » Gürcüstanın baş naziri: “Qazprom” mövzusu bitdi

Gürcüstanın baş naziri: “Qazprom” mövzusu bitdi

Gürcüstanın baş naziri: “Qazprom” mövzusu bitdi

“Bununla əlaqədar siyasi fərziyyələrin davamı əsassızdır”.

Gürcüstanda Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlar ətrafında siyasi fərziyyələrə son verilməlidir.

ucarliyiq.biz “Sputnik-Georgia”ya istinadən xəbər verir ki, bu barədə baş nazir Georgi Kvirikaşvili bildirib.

“Bu məsələ bitdi, çünki söhbət hər hansı strateji danışıqlardan getmir. Söhbət bir sıra texniki xarakterli problemlərin həllindən gedirdi, ona görə də siyasi fərziyyələri davam etdirməyin tamamən əsassız olduğunu düşünürəm”, - Q.Kvirikaşvili “Rustavi 2” teleşirkətinin efirində bildirib.

Gürcüstana əsas qaz tədarükçüsü Azərbaycandır. Hazırda Gürcüstana Rusiya qazının tədarükü yalnız Ermənistana qaz tranzitinin 10%-i kimi həyata keçirilir.