» » Merkelin Türkiyəyə rəsmi səfəri başladı

Merkelin Türkiyəyə rəsmi səfəri başladı

Merkelin Türkiyəyə rəsmi səfəri başladı

Davudoğlu Merkeli fəxri qarovul dəstəsi ilə qarşıladı.

Baş nazir Əhməd Davudoğlu Türkiyəyə rəsmi səfərə gələn Almaniya kansleri Angela Merkeli fəxri qarovul dəstəsi ilə qarşıladı.

ucarliyiq.biz xəbər verir ki, Çankaya köşkündə təşkil edilən tədbirdə iki ölkənin himnləri səsləndikdən sonra Merkel qarovul dəstəsini “Salam əsgər” deyərək türkcə salamlayıb. 

Davudoğlu və Merkel rəsmi heyətlərini təqdim etdikdən sonra köşk önündə şəkil çəkdiriblər.

Daha sonra köşkün eyvanına çıxan Davudoğlu və Almaniya kansleri Merkel bir müddət Ankaranı seyr ediblər. Davudoğlu Merkelə paytaxt barədə qısa məlumat verdiyi zaman Merkel şəhər əhalisinin sayı ilə maraqlanıb.

Sonra səfərinə Anıtkabiri ziyareti ilə başlayan Merkel Atatürkün məzarı önünə əklil qoyub. 

Xatirə dəftərinə: “Türk və alman xalqları arasında xüsusi dostluq ruhu ilə çağdaş Türkiyə Cümhuriyyətinin atası və Avropaya gedən yolun memarı Mustafa Kamal Atatürkün xatirəsinə dərin hörmətlərimlə” yazıb.