» » “Exo Moskvı”nın baş redaktoru: Biz Qarabağ kartını bir daha oynayacağıq

“Exo Moskvı”nın baş redaktoru: Biz Qarabağ kartını bir daha oynayacağıq

“Exo Moskvı”nın baş redaktoru: Biz Qarabağ kartını bir daha oynayacağıq

“Yerli əhalini düşünməyəcəyik – bunu unudun”.

“Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktov Rusiyanın Qarabağ kartını yenidən oynayacağını hesab edir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə o, “Personalno vaş” verilişinin gedişatında bildirib.

Vinediktov BBC-nin Üçüncü Dünya müharibəsi haqqında filmi şərh edərkən Osetiya, Abxaziya, Krım, Donetsk, Dnestryanı, Qarabağı xatırladıb.  

“Bunun real problem olduğunu anlamaq lazımdır. Uşaqlar bir daha BBC – diqqətli insanlardır. Bundan başqa... Mən axşam Qorbaçovun  köməkçisi, Çernyaevin kitabını oxuyub bitirdim. O, Qorbaçovun 1991-ci ildə və ya 90-cı ildə İtaliyaya səfərində yazırdı “Mən narahatçılığı başa düşmürdüm, - Çernyaev yazır, - niyə görə insanlar küçədədirlər... onlar qarşılayır, “ura” qışqırır, özlərini maşının altına atırdılar... xəz geyimli qadınlar, yəni bunlar fəhlə sinifi deyildi. Sonradan anladım: onlar real olaraq bizdən qorxurdular, onlar real olaraq bombardmandan sığınacaq yerləri tikirdilər...

Biz gülüb keçirdik. Onlar isə real olaraq sığınacaq tikirdilər, real olaraq sovet ordusundan qorxurdular. Qorbaçov bu qorxunu yox etdi”.

Bu həmin əhvalatdır – indi burada gördüyün – imkandır. Osetiya, Abxaziya, Krım, Donesk, Dnestryanı, Qarabağ arxada qaldığı halda... Biz Qarabağ kartını bir daha oynayacağıq.

Qoy orda İlham Heydəroviç (Azərbaycan Respublikasının prezidenti İlham Əliyev-red.) öz türk dostları ilə bizim istədiyimiz vaxt gərginlik yarada biləcəyimizi unutmasın.

Biz bu kartı bir daha oynayacağıq – yerli əhalini düşünməyəcəyik – bunu unudun. Biz vətənpərvərlik, geosiyasi problemlərimizi bax bu yolla həll edirik.

Mən bir daha deyirəm, əgər 10% mövcuddursa, bilin ki, bu ciddi 10%-dir, dəyərli 10%-dir. Ona görə də mən BBC-nin filminə siyasi fantaziya kimi yanaşmadım, xeyr, mən buna çox ciddi yanaşdım”, - o qeyd edib.