» » Kərimov geyləri qərb mədəniyyətinin iyrənc təzahürü adlandırdı

Kərimov geyləri qərb mədəniyyətinin iyrənc təzahürü adlandırdı

Kərimov geyləri qərb mədəniyyətinin iyrənc təzahürü adlandırdı

Özbəkistan homoseksuallığın cinayət hesab edildiyi ölkələrdən biridir.

Özbəkistan prezidenti İslam Kərimov eynicinslilər arasındakı münasibətlərin qərb mədəniyyətinin iyrənc təzahürü adlandırıb.

ucarliyiq.biz “Ozodlik”a istinadən xəbər verir ki, bu barədə o, fevralın 8-də Daşkənd vilayətinin Xalq Deputatları Şurasının sessiyasında çıxışı zamanı bidirib.

“Əgər kişi kişi ilə, qadın qadınla yaşayırsa, orada hansısa dəyişikliklərin baş verdiyini və ya nəyin sə doğru olmadığını düşünürəm”, - Kərimov bildirib.

Özbəkistan homoseksuallığın cinayət hesab edildiyi ölkələrdən biridir. Respublikanın cinayət məcəlləsinin 120-ci maddəsinə əsasən homoseksualizm bir ildən üç ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.