» » Merkel Rusiyanı ittiham etdi

Merkel Rusiyanı ittiham etdi

Merkel Rusiyanı ittiham etdi

“Biz sadəcə mat qalmamışıq, biz şok olmuşuq”.

Almaniya kansleri Angela Merkel minlərlə insanın Rusiyanı vasitəçi olduğu Suriya hökumətinin həyata keçirdiyi atışma və bombardmanları nəticəsində əzab çəkdiyini söyləyib. 

Bu barədə ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir.

“Biz son günlərdə Rusiya tərəfi də daxil olmaqla həyata keçirilən bombardmanlar nəticəsində on minlərlə insanın əzabına yalnız mat qalmamışıq, biz şok olmuşuq”, - Merkel bəyan edib.

Rusiya dəfələrlə Suriyada dinc əhalinin olmadığı obyektləri bombardman etdiyini bildirib.

Daha öncə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Vladimir Putini Suriyada “işğalçı” adlandırıb.