» » WSJ: Avropanı mühacirlərə qarşı kütləvi etiraz aksiyaları bürüyüb

WSJ: Avropanı mühacirlərə qarşı kütləvi etiraz aksiyaları bürüyüb

WSJ: Avropanı mühacirlərə qarşı kütləvi etiraz aksiyaları bürüyüb

Polis ilə qarşıdurma yaşanıb.

Bir sıra Avropa şəhərlərində qaçqınların axınına qarşı kütləvi etiraz aksiyaları keçirilib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Ən böyük etiraz aksiyası Drezdendə keçirilib, burada etiraz aksiyalarında 25 min adam iştirak edib. Fransada, Böyük Britaniyada, Danimarkada, Niderlandda, İrlandiyada, Çexiyada, Polşada, Finlandiyada və Estoniyada etiraz aksiyaları daha az saylı iştirakçılar ilə keçib.

Nəşrin yazdığına görə, polis ilə qarşıdurma yaşanıb. Amsterdamda aksiyanın tərəfdarları və əksinə olanlar bir-biri və polis ilə toqquşmağa cəhd ediblər.

Etiraz aksiyasının “Pegida” islam əleyhinə olan təşkilat tərfindən hazırlandığı bildirilir.

Ekspertlərin qeyd ediklərinə görə, Avropada mühacirlər əleyhinə əhval-ruhiyənin artması bu təşkilatın güclənməsinə səbəb olub.