» » Rusiyada Mi-8 qəzaya uğrayıb: 4 ölü

Rusiyada Mi-8 qəzaya uğrayıb: 4 ölü

Rusiyada Mi-8 qəzaya uğrayıb: 4 ölü

Helikopter sərt eniş edib.

Rusiyanın Pskov vilayətində hərbi helikopter qəzaya uğrayıb.

ucarliyiq.biz-ın TASS-a istinadən məlumata görə, insident Ostrovsk rayonunda qeydə alınıb.

Naməlum səbəbdən hərbi hissələrin birinə məxsus Mİ-8 helikopteri qəza enişi edərkən yerə düşüb. 

Qəzanın səbəbləri və təfərrüatları barədə hələlik, məlumat verilmir. 

Qeyd edək ki, Mi-8 helikopteri Pskov vilayətində Ostrovsk aerodromundan təlim uçuşu həyata keçirirdi. Saat 19:21 radələrində helikopterin heyəti ilə əlaqə kəsilib. Mi-8 eniş edərkən yerə düşüb və alovlanıb. Hadisə yerində 4 nəfərin meyiti aşkar edilib.