» » Gürcüstan Azərbaycandan elektrik enerjisinin tranzitindən gəlir əldə edəcək

Gürcüstan Azərbaycandan elektrik enerjisinin tranzitindən gəlir əldə edəcək

Gürcüstan Azərbaycandan elektrik enerjisinin tranzitindən gəlir əldə edəcək

Tranzit təxminən 80 MVt gücündədir.

“Gürcüstan Dövlət Elektrik Sistemi” iki istiqamətdə - Azərbaycandan Türkiyəyə və Rusiyadan Ermənistana tranzit dəhlizi funksiyasını həyata keçirməyə başlayıb.

ucarliyiq.biz bu barədə “Qruziya Online” saytına istinadən xəbər verir.

“Fevralın 5-dən isə Rusiyadan Ermənistana elektrik enerjisinin tranzitinə başlanılıb. Rusiyadan Ermənistana orta hesabla 30 MVt miqdarında elektrik enerjisi tranzit ediləcək. Fevralın 7-dən etibarən isə Azərbaycandan Türkiyəyə təqribən 80 MVt miqdarında elektrik enerjisinin tranzitinə başlanılacaq.

Nəticədə Gürcüstan elektrik enerjisinin tranzitindən ayda 1 mln. lari gəlir əldə edəcək”, - “Gürcüstan Dövlət Elektrik Sistemi”ndə bəyan ediblər.