» » Gürcüstanda qatar az qala “Bakı-Tbilisi-Ceyhan”ı partladacaqdı

Gürcüstanda qatar az qala “Bakı-Tbilisi-Ceyhan”ı partladacaqdı

Gürcüstanda qatar az qala “Bakı-Tbilisi-Ceyhan”ı partladacaqdı

Qatar Nikozidən Qoriyə qayıdırdı.

Gürcüstanda Qori-Nikozi marşrutu ilə hərəkət edən sərnişin qatarı son anda qəzadan qurtarıb, ucarliyiq.biz “Qruziya Online”na istinadən xəbər verir.

Qatar Nikozidən Qoriyə qayıdırdı. Axaldaba kəndi yaxınlığında relslərin zədələnməsinə görə sürücü çətin vəziyyətə düşüb və əyləci sıxaraq qatarı qəzadan qurtarıb.

Qatarın relsdən çıxacağı tədqirdə ciddi qəza baş verə bilərdi, çünki yaxınlıqda Bakı-Tbilisi-Ceyhan neft kəməri keçir. 

“Rustavi 2” telekanalının məlumatına görə, istintaq hadisəni terror hücumu kimi qiymətləndirib, lakin güc strukturlarında hesab edirlər ki. söhbət yalnız rels saxlayıcılarının oğurlanmasından gedir.