» » Xamenei Avropanın “zəif nöqtəsi“ni açıqladı

Xamenei Avropanın “zəif nöqtəsi“ni açıqladı

Xamenei Avropanın “zəif nöqtəsi“ni açıqladı

Dini lider Suriyadakı vəziyyəti də şərh edib.

İranın ali dini lideri Əli Xamenei hesab edir ki, Avropa ölkələrinin öz iradələri yoxdur və onlar ABŞ-ın təsiri altındadırlar.

ucarliyiq.biz Gazeta-ya istinadən xəbər verir ki, Əli Xamenei bu barədə Yunanıstanın baş naziri Aleksis Tsiprasla görüş zamanı deyib.

“Bu tənqid, ABŞ-ın təsiri altında olan və öz iradələrini itirən Avropya aiddir”, - o deyib. Dini liderin sözlərinə görə, avropalı siyasətçilərin bu “zəif nöqtəyə” diqqət yetirməlidirlər.

Xamnei həmçinin Suriyadakı vəziyyəti şərh edib. O qeyd edib ki, terrorçuluq “çox təhlükəli və yoluxucu xəstəlikdir“ və “bu xəstəliyə” yalnız birlikdə qalib gəlmək olar.