» » Suriya xarabalığında toy - FOTOSESSİYASI

Suriya xarabalığında toy - FOTOSESSİYASI

Suriya xarabalığında toy - FOTOSESSİYASI

“Həyat ölümdən daha güclüdür”.

Homs Suriyanın ən gözəl şəhərlərindən biri olub. Bu gün isə onun yerində ancaq xarabalıqlar, kimsəsiz, yanmış, dağılmış küçələr, xaraba qalmış binalar qalıb.

ucarliyiq.biz ANS PRESS-ə istinadən məlumatına görə, Josef Eid adlı fotoqraf daxili toqquşmalar, vətəndaş müharibəsi, bombardman nəticəsində xaraba qalan şəhərdə qeyri-adi toy fotosessiyası edib. 

Fotoqrafın qəhrəmanları Nada Merhi və Hassan Yusuf adlı gənclər olub. Onlar bundan 5 il öncə Suriyadakı etirazların paytaxtı olan və “inqilabın paytaxtı” adlandırılan Homsda evləniblər. Toy fotolarını da məhz doğma şəhərlərində çəkdirmək istəyiblər. Nəticədə isə ortaya vərdiş edilməmiş toy fotoları çıxıb.

Qabarıq bəyaz gəlinliyini geyinən 18 yaşlı Nada və 27 yaşlı Hassan bu fotoları ilə savaşın çətin şərtlərinə baxmayaraq, sevgi bağlarının heç zaman qopmayacağı mesajını vermək istəyib. Bununla da onlar gələcəkdə evliliklərinin də hər cür çətinliyin öhdəsindən gələ biləcəyini deyiblər.

Suriyalı fotoqraf ruhlar şəhərinə çevrilən Homsda çəkilən toy fotolarının “həyatın ölümdən daha güclü olduğunu” göstərdiyini deyib.