» » Səudiyyə xüsusi təyinatlıları Suriyada keçiriləcək əməliyyatlara hazırdır

Səudiyyə xüsusi təyinatlıları Suriyada keçiriləcək əməliyyatlara hazırdır

Səudiyyə xüsusi təyinatlıları Suriyada keçiriləcək əməliyyatlara hazırdır

“Krallıq bu qüvvələrin bir hissəsi olacaq”.

Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının İŞİD-lə mübarizə üçün xüsusi təyinatlı qoşunlarının Suriyaya göndərilməsi niyyətini dəstəkləyib.

ucarliyiq.biz İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Səudiyyənin xarici işlər naziri Abdel əl-Cübeyr bildirib.

“Birləşmiş Ştatlar Beynəlxalq koalisiyanın belə bir qərar qəbul etdiyi halda (Səudiyyə Ərəbistanının), xüsusi təyinatlıların Suriyada əməliyyatlarda iştirak etməyə hazır olduğunu  qətiyyətlə dəstəkləyərək çox müsbət reaksiya verdi. Beləliklə də, krallıq bu qüvvələrin bir hissəsi olacaq”, - nazir ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşdən sonra jurnalistlərə bildirib.  

O, “dəstəyin Ağ evdən, Dövlət Departamentindən verildiyi üçün Con Kerrinin də bu qərarı dəstəklədiyinin təbii” olduğunu vurğulayıb.

Əl-Cübeyrinin sözlərinə görə, yerüstü əməliyyat ideyası Vaşinqton tərəfindən irəli sürülüb. ABŞ-ın rəhbərlik etdiyi Beynəlxalq koalisiya məhz Birləşmiş Ştatların yerüstü əməliyyatlara rəhbərlik edəcəyinə ümid edir.  

Amerikanın Dövlət Departamentinin nümayəndəsi Con Kirbi Səudiyyə Ərəbistanının xüsusi təyinatlı qoşunlarının Suriya ərazisinə göndərməyə hazır olduğunu ABŞ-ın dəstəkləndiyini təsdiq edib, amma bu qəbildən olan əməliyyatın mahiyyəti və keçiriləcəyi zamana dair şərhlər verməyib.