» » Rusiya səfiri: Ankara və Moskvanın vasitəçilərə ehtiyacı yoxdur

Rusiya səfiri: Ankara və Moskvanın vasitəçilərə ehtiyacı yoxdur

Rusiya səfiri: Ankara və Moskvanın vasitəçilərə ehtiyacı yoxdur

“Bizim mövqeyimiz Türkiyəyə məlumdur”.

Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılması üçün vasitəçiliyə ehtiyac yoxdur.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bildirib.

“Hesab edirik ki, indi vasitəçilər lazım deyil. Bizim mövqeyimiz Türkiyə tərəfinə məlumdur, diplomatik münasibətlərimiz pozulmayıb, Moskva və Ankaradakı səfirliklər fəaliyyətini davam etdirir.

Əgər Türkiyə münasibətlərin normallaşdırılması üçün real addımlar atmaq istəsə, o zaman bunun üçün yetərli imkanlar var”, - Rusya səfiri bildirib.

Qeyd edək ki, Rusiya və Türkiyə münasibətlərində 2015-ci ilin noyabr ayının 24-də Türkiyə “F-16” qırıcısının Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus “Su-24” bombardmançısının vurulmasından sonra böhran yaşanır.