» » “Apple” şirkət xaricində təmir edilmiş “iPhone”ları bloklayır

“Apple” şirkət xaricində təmir edilmiş “iPhone”ları bloklayır

“Apple” şirkət xaricində təmir edilmiş “iPhone”ları bloklayır

İstifadəçilər “error 53” problemi ilə üzləşiblər.

“Apple” şirkəti “iPhone 6” üçün smartfonun şirkətin rəsmi servisində təmir edilmədiyi halda, onu blok edən proqram təminatının yenilənməsini istehsal edib.

ucarliyiq.biz Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Qacetin istifadəçiləri “error 53” problemi ilə üzləşiblər. Smartfonun əsas düyməsinin şəbəkədən kənarda təmir edilmiş istifadəçilərin telefonları “ОС iOS 9” versiyası yüklənildikdən sonra işləmir.

Bununla yanaşı, bir sıra ölkələrdə smartfonun qiymətinə aylıq abunə haqqı ilə iki illik müqavilənin ödənilməsi də daxil idi.

“Apple” şirkəti “Guardian” redaksiyasına “iPhone” proqram təminatı təmirin istehsalçı-şirkətin əməkdaşı tərəfindən həyata keçirildiyini yoxlamasını təmin etdiyini təsdiqləyib. “Erorr 53” ilə qarşılaşan telefon sahiblərinə “Apple” xidmət servisinə müraciət etmək tövsiyə edilib.

Keçən ayın sonunda “Apple”də 2007-ci ildən indiyə qədər “iPhone” satışında sürətin rekord yavaş artımı qeyd olunub. Birinci maliyyə rübündə korporasiya 74,8 milyon smartfon satıb. Bir il öncə bu göstərici 74,5 milyondan ibarət olub.