» » Azərbaycanlı iş adamının tankerində kütləvi zəhərlənmə

Azərbaycanlı iş adamının tankerində kütləvi zəhərlənmə

Azərbaycanlı iş adamının tankerində kütləvi zəhərlənmə

Yardım üçün xilasedici helikopter çağırıblar.

Azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmali” şirkətlər qrupunun “Araz River” tankerində zəhərli qazdan kütləvi zəhərlənmə baş verib.

ucarliyiq.biz “argumenti.ru”ya istinadən xəbər verir ki, üç rus dənizçisi sisternlərin təmizlənməsi işini yerinə yetirərkən zəhərləniblər.

Dənizçilərin halı pisləşən zaman onlar üçün xilasedici helikopter və iki təcili yardım maşını çağırılıb. Xəsarət alanlardan biri Timur Lakkonov ölüb.

Zəhərlənən digər iki nəfər xəstəxanaya yerləşdirilib.

Peskar şəhərinin xəstəxanasının reanimasiya bölməsində olan Vilsur İmametdinovun vəziyyəti ağır qiymətləndirlir. Dmitri Naqornovun vəziyyəti yaxşılaşır.