» » Çində “ölü” körpə kremasiyasına bir dəqiqə qalmış ayıldı

Çində “ölü” körpə kremasiyasına bir dəqiqə qalmış ayıldı

Çində “ölü” körpə kremasiyasına bir dəqiqə qalmış ayıldı

Uşaq bir sutkaya yaxın meyitxanada mənfi temperaturda qalıb.

Çində, həkimlərin öldüyü bildirilən, yeni doğulmuş körpə kremasiyasına bir neçə dəqiqə qalmış ayılıb.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə The Independent yerli KİV-ə istinadən xəbər verir.

Uşaq Çjençzyan vilayətində yanvarın 8-də dünyaya gəlib (iki ay vaxtından əvvəl). Həkimlər onu inkubatora yerləşdiriblər. Köroə burada 23 gün qaldıqdan sonra, həkimlərin məsləhətlərinə baxmayaraq, valideynləri onu evə aparmağa qərara alıblar. Onlar birlikdə Yeni ili qeyd edtmək istəyirdilər (Çin təqvimi ilə fevralın 8-də). 

İki gün sonra uşaq xəstələnib və onu yenidən xəstəxanaya gətiriblər. Fevralın 4-də həkimlər uşağın öldüyünü açıqlayıblar. Körpənin cəsədi 23 saat mənfi 12 dərəcə soyuqda meyitxanada qalıb.

Bir gün sonra onun meyitini kremasiya üçün çıxardanda, körpə qəfildən ağlamağa başlayıb. Tibb bacıları dərhal uşağın valideynləri ilə əlaqə yaradıblar. Bundan sonra körpəni intensiv terapiya bölməsinə yerləşdiriblər.

Uşağın öldüyün qeydə alan həkim Çen təəcübləndiyini gizlətməyib: 

“Mən həqiqətən də başa düşə bilmirəm ki, belə bir möcüzə necə baş verib”.