» » Azərbaycan dörd pillə gerilədi

Azərbaycan dörd pillə gerilədi

Azərbaycan dörd pillə gerilədi

FİFA yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb.
ANSPRESS-in məlumatına görə, Azərbaycan millisi yeni siyahıda 4 pillə geriləyib. Yığma komandamız hazırda 291 xalla 110-cu pillədə qərarlaşıb.
Avropa çempionatının(AÇ-2016) seçmə mərhələsindəki rəqiblərə gəlincə, onların göstəriciləri belədir: Xorvatiya (14-cü yer, 1037 xal), İtaliya (16, 1012), Bolqarıstan (68, 503), Norveç (69, 496) və Malta (160, 154).
İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Argentina (1442), Belçika (1269), Almaniya (1248), Kolumbiya (1224), Braziliya (1209), Portuqaliya (1186), Rumıniya (1176), Çili (1149), Uels (1146) və İngiltərə (1143).
Geridə qoyduğumuz ayın ən yaxşı komandası 17 pillə irəliləyən Fici yığmasıdır. Ən pis göstəriciyə isə Seyşel imza atıb - 7 pillə geri. Ötən ay 106-cı olan komandamız hazırda 291 xalla 110-cu pillədə qərarlaşıb. Ötən ay isə milli komandamız 302 reytinq xalı ilə 106-cı yerdə qərarlaşmışdır.
Azərbaycan dörd pillə gerilədi

Futbol üzrə Azərbaycan milli komandası