» » Şəkidə avtomobil hasara çırpıldı

Şəkidə avtomobil hasara çırpıldı

Şəkidə avtomobil hasara çırpıldı

Şəkidə sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Şəki şəhər Polis İdarəsindən verilən əlumata görə,Şəki şəhər sakini Sahib Bayraməli oğlu Abbaszadənin idarə etdiyi 55-BO-681 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobil Mirzə Fətəli Axundov prospektində hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı hasara çırpılıb.
Qəza nəticəsində sürücü xəsarət alıb. Onu xəstəxanaya apararaq ilkin tibbi yardım göstərərək evə buraxıblar.
Hadisə zamanı avtomobil yararsız hala düşüb. Hadisə ilkin səbəb kimi avtomobilin yüksək sürətlə idarə edilməsi göstərilir.
Faktla bağlı Şəki şəhər Polis İdarəsində araşdırma aparılır.
Bundan qabaq da Şəkidə yol qəzası baş vermişdi. "Mercedes" və "VAZ" markalı iki minik avtomobili toqquşmuşdu. Qəza nəticəsində "VAZ" markalı avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü FHN əməkdaşları çıxararaq xəstəxanaya təhvil vermişdilər.