» » 250 min neftçi işini itirəcək

250 min neftçi işini itirəcək

250 min neftçi işini itirəcək

“Aşağı qiymətlər sahəyə əsaslı qoyuluşların azalması ilə nəticələnir”.

Neftin qiymətinin aşağı olması səbəbindən bütün dünya üzrə 250 min neftçi işsiz qala bilər.

ucarliyiq.biz-ın TASS-a istinadən məlumatına görə, bu barədə International Petroleum Week forumunda Venesuelanın PDVSA şirkətinin strateqiya üzrə direktoru Serhio Antonio Tovar deyib.

“Aşağı qiymətlər sahəyə əsaslı qoyuluşların azalmasına və işçilərin ixtisarına gətirib çıxarır. Neft sahəsində çalışan 250 min və ya daha çox insan işini itirəcək”, - o bildirib.

Serhio Tovar həmçinin qeyd edib ki, neftin aşağı qiymətlər dövrü çox davam etməyəcək və qara qızıla tələb-təklif balansının bərpasından sonra başa çatacaq.