» » "Qarabağ" Avropa liqasında bu futbolçularla oynamaq istəyir

"Qarabağ" Avropa liqasında bu futbolçularla oynamaq istəyir

"Qarabağ" Avropa liqasında bu futbolçularla oynamaq istəyir

Son ölkə çempionu "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsi üçün iştirak ərizəsini UEFA-yatəqdim edib.
ANSPRESS-in məlumatına görə, "köhlən atların" sifariş vərəqəsində 24 futbolçu yer alıb. Onlardan üçü qapıçı, altısı müdafiəçi, on ikisi yarımmüdafiəçi, üçü isə hücumçudur.
Qapıçılar: 1. Fərhad Vəliyev, 13. İbrahim Şehiç, 94. Halit Oğuzhan;
Müdafiəçilər: 5. Maksim Medvedev, 14. Rəşad Sadiqov, 19. Azər Salahlı, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov;
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Vüqar Mustafayev, 8. Miçel, 10. Dani Kintana, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 67. Əlhərbi El Jadeyui, 70. Çumbinyo, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev;
Hücumçular: 9. Reynaldo, 29. Raydell Pupon, 90. Samuel Armenteros.
Püşkatma nəticəsində "Qarabağ" klubu UEFA Avropa liqasının qrup mərhələsində "J" qrupunda "Monako" (Fransa), "Anderlext" (Belçika) və "Totenhem"(İngiltərə) klubları ilə bir qrupda yer alıb. "Köhlən atlar" ilk oyununu sentyabrı 17-si səfərdə "Totenhem"-ə qarşı keçirəcək.