» » İran dollardan imtina etdi

İran dollardan imtina etdi

İran dollardan imtina etdi

Hökumət yeni danışıqlara başlayıb.

İranın neft naziri Bijən Namdar Zəngənə “Xarici şirkətlər borclarını avro ilə ödəməyi qəbul etdilər” bildirib. 

ucarliyiq.biz bu barədə Milliyyet-ə istinadən xəbər verir. 

İran rəhbərliyinin neft satışında dollardan imtina edilməsi, yeni müqavilələrdə ödənişlərin avro olaraq ödənilməsinin tələb etdiyi iddiası reallaşıb. 

Nazir İrana milyardlarla dollar borclu olan xarici neft şirkətlərinin bu borcları avro olaraq geri ödəyəcəklərini söyləyib. 

Zəngənə, Yunanıstanın “Hellenic Petroleum”, İtaliyadan “Saras”, və “Royal Dutch Shell” İrana 4 milyard dollar dəyərindəki borclarını avro ilə ödəyəcəklərini ifadə edib. 

Bundan başqa, nazir Emirates National Oil, Yaponiya və Hollandiya ilə də borcların avro ilə ödənilməsi ilə bağlı razılıq üçün müzakirələrə başladıqlarını qeyd edib.