» » BMT İŞİD-in əsas maliyyə mənbəyini açıqladı

BMT İŞİD-in əsas maliyyə mənbəyini açıqladı

BMT İŞİD-in əsas maliyyə mənbəyini açıqladı

2015-ci ildə onların gəliri 400-500 milyon dollar olub.

BMT Təhlükəsizlik Şurasının terrorçuların maliyyə mənbələrinin kəsilməsi ilə bağlı qətnamə qəbul etməsinə baxmayaraq, İŞİD neft ticarətindən hələ də gəlir əldə etməkdədir.

ucarliyiq.biz RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman bildirib.

C.Feltman qeyd edib ki, İŞİD cəld və effektiv şəkildə böyük resursları mənimsəmək qabiliyyətinə malikdir. 

Suriya və İraqda yaranmış İŞİD bu maliyyə resursları, özünün transmilli cinayətkar qruplaşmalarla əlaqələrindən gəlir əldə edir və fəaliyyətini dünyanın digər regionlarında da genişləndirir.

“Maliyyə gəlirlərinin əsas mənbəyini işğal olunan ərazilərdəki neft və digər təbii resurslardan istifadə edilməsi, əmlakın müsadirəsi, arxeoloji abidələrin talan edilməsi, vergi yığılması, girovlar müqabilində pul əldə edilməsi, internet və sosial şəbəkələr vasitəsilə vəsaitlərin cəlb edilməsi təşkil edir”, - ümumdünya təşkilatının rəhbərinin müavini bildirib.

BMT baş katibinin məruzəsinə əsasən, 2015-ci ildə İŞİD neft və neft məhsullarının satışından 400-500 milyon dollar qazanıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası dekabrın 17-də terrorçuların maliyyə mənbələrinin kəsilməsi ilə bağlı qətnamə qəbul edib. Bura Təhlükəsizlik Şurasının sanksiya siyahısına yerləşdirilmiş şəxslərin və təşkilatların aktivlərinin dondurulması, girişin və tranzitin qadağan edilməsi, onlar tərəfindən birbaşa və ya dolayı yolla silah tədarükünün qarşısının alınması daxildir.  

Feltmanın sözlərinə görə, BMT-nin üzv ölkələrindən yaraqlılara yanacağın tədarükü və ya onlarla ticarətin mümkün sxemlərinə dair məlumatlar daxil olub.

“İŞİD-in neft və neft məhsulları ticarətinə dair dövlətlərdən daxil olan məlumatlar və materiallar BMT tərəfindən müstəqil şəkildə yoxlanıla bilməz. Bundan başqa, materiallarda fikir ayrılığı satış şəbəkəsinin dəqiq marşrutlarını təyin etmək vəzifəsini bir qdəər də çətinləşdirir” – o bəyan edib.