» » “Goldman Sachs” 2016-cı ildə neftin qiyməti ilə bağlı proqnoz verdi

“Goldman Sachs” 2016-cı ildə neftin qiyməti ilə bağlı proqnoz verdi

“Goldman Sachs” 2016-cı ildə neftin qiyməti ilə bağlı proqnoz verdi

“Qiymətin 20 dollardan aşağı düşməsinə təəccüblənmərəm”.

Neft bazarında tələb və təklif sabitləşənə qədər onun dəyişkənliyi yüksək olacaq, nəticədə isə neftin bir barelinin qiyməti 20 dollardan aşağı düşə bilər.

ucarliyiq.biz RBK-ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə “Goldman Sachs” xammal bazarının ekspertərinin rəhbəri Ceff Karri bildirib.

Onun sözlərinə görə, neft istehsalçılarının sərəncamında olan anbarların dolması neftin qiymətini maya dəyərindən də ucuz olmasına gətirib çıxara bilər. Karri qeyd edib ki, neftin bir barel üçün qiymətinin 20 dollardan aşağı düşməsinə təəccüblənməzdir.

Daha öncə “Morgan Stanley” analitikləri əvvəlki proqnozların əksinə olaraq, 2016-cı ilin ikinci yarısında neftin qiymətinin artmayacağı və hətta daha da ucuzlaşa biləcəyinə dair xəbərdarlıq etmişdilər.

Əgər daha öncə verilmiş proqnozda “Brent” markalı neftin qiymətinin 2016-cı ilin oktyabr-dekabr aylarında 59 dollara qədər artacağı nəzərdə tutulurdusa, indi ekspertlər qiymətin 29 dollara qədər düşəcəyini gözləyirdlər.