» » Gecə yarısı qadına bıçaq çəkdi

Gecə yarısı qadına bıçaq çəkdi

Gecə yarısı qadına bıçaq çəkdi

Lənkəran polisi rayon ərazisində quldurluqla məşğul olan şəxsi yaxalayıb. ANS PRESS xəbər verir ki, rayonun Liman şəhər sakini, 29 yaşlı Cabbarova Nisə Mirzağa qızı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək bu il avqustun 24-də gecə saatlarında naməlum şəxsin ona bıçaqla hucum edərək pul tələb etdiyini bildirib.
Dərhal faktla bağlı əməliyyat istintaq qrupu yaradılıb və naməlum şəxsin axtarışlarına başlanılıb.Qadında pul olmadığını görüb evdən qaçan şəxs polisdən yaxa qutara bilməyib.10 gündən sonra saxlanılan şəxs polis şöbəsinə gətirilib. Məlum olub ki, quldurluq hadisəsini törədən Liman şəhər sakini,20 yaşlı İmanzadə Allahverdi Şahlar oğludur.Artıq o, ilkin istintaqa hadisəni
tamah ucbatından törətdiyini etiraf edib. Artıq tamah isə həmişə baş yarar. İndi Allahverdi törətdiyi əmələ görə qanun qarşısında cavab verməli olacaq. Onun barəsində Azərbaycan Respublikası CM-nin 181-ci, quldurluq maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq onun digər cinayət əməllərində əlinin olub olmadığını araşdırır.