» » Abxaziyada abort qadağan edildi

Abxaziyada abort qadağan edildi

Abxaziyada abort qadağan edildi

İnsan embrionu üzərində sınaqlar qadağan edilir.

Tanınmayan “Abxaziya Respublikası”nın “prezidenti” Raul Hacimba “Səhiyyə haqqında” qanun imzalayıb.

ucarliyiq.biz Rusiya KİV-nə istinadən xəbər verir ki, bu qanuna görə, respublika ərazisində abort qadağan edilir.

“Dövlət dünyaya gəlməmiş uşağın yaşama hüququnu tanıyır və hamiləliyin süni yol ilə dayandırılmasını qadağan edir. Uşaq və ananın yaşama hüququnun bərabərliyini nəzərə alaraq dövlət bu hüququ müdafiə edir”, - Qanunda deyilir.

Hamiləliyin süni şəkildə pozulmasına görə, Cinayət Məcəlləsinə müvafiq olaraq məsuliyyətə cəlbolunma nəzərdə tutulur, dölün bətndaxilində ölümü istisnadır.  

Dövlət, həmçinin hər doğum evi nəzdində psixoloq və dini təşkilatların nümayəndələrini iştirakı ilə kritik hamiləlik mərkəzi yaratmağı öhdəsinə götürür.

Bu qanunla Abxaziyada insan embironları üzərində kliniki sınaqların keçirilməsi də qadağan edilir.