» » İran Rusiya ilə 2 milyardlıq müqavilə bağladı

İran Rusiya ilə 2 milyardlıq müqavilə bağladı

İran Rusiya ilə 2 milyardlıq müqavilə bağladı

Razılıq əldə edilib.

İran Rusiya ilə dəmir yolları sahəsində və dörd istilik stansiyalarının inşaatına dair Rusiya tərəfindən kredit şəklində ayrılan 2,2 milyard dollara müqavilə imzalayıb.  

ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, bu barədə İrannı Moskvadakı səfiri Mehdi Sanai bildirib.

“Dünən İrannı iqtisadiyyat nazirinin müavini cənab (Muhamməd) Xazai, burda idi. Onlar iki layihənin maliyyələşdirilməsin ədair sənəd imzalayıblar – müqavilələrdən biri fdəmir yoları, digəri isə dörd istilik stansiyalarının inşaatına dair idi”, - “İran sanksiyaların ləğvindən sonra” konfransında bildirib.

İrana 2,2 milyard dollar məbləğində kreditin ayrılmasını 2015-ci ilin dekabrında Rusiyanın baş nazirini birinci müavini İqor Şuvalov bildirmişdi.  

Daha öncə Rusiya və İran təxminnə 40 milyard dollar məbləğində müqavilələri, o cümlədən də AES inşaatına dair müqaviləni nəzərdən keçriiblər. İranın ali liderinin müşaviri Əli Əkbər Velayətinin sözlərinə görə, müqavilələr Buşerdə ikinci və üçüncü nüvə reaktoruna, eləcə də İrannı dəmir yol şəbəkəsinin inkişafına aiddir.

Ekspertlər İranın qərb sanksiyalarının ləğvindən sonra infrastrukturun və iqtisadiyyatın bərpa edilməsində maraqlıdır, ABŞ və Aİ ilə münasibətləri inkişf etdirməklə yanaşı Ruisyanın timsalında mühüm tərəfdaşı görməyə hazırdır.