» » NATO Rusiya sərhədləri yaxınlığında qoşun toplayacaq

NATO Rusiya sərhədləri yaxınlığında qoşun toplayacaq

NATO Rusiya sərhədləri yaxınlığında qoşun toplayacaq

“Bu müasir təmkin siyasətidir”.

 

NATO-nun üzv ölkələri alyansın Şərqi Avropa və Baltikyanı ölkələrdə hərbi iştirakın gücləndirilməsi detallarını müzakirə etmək üçün bu gün Brüsseldə görüşəcəklər.

ucarliyiq.biz “Komersant”a istinadən xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, NATO Şərqi Avropa və Baltikyanıda, eyni zamanda altı ölkədə qoşunların və ağır silahın sayını artırmaq niyyətindədir. Bu Rusiyadan qaynaqlana biləcək istənilən təhlükəyə qarşı dura bilmək üçündür.

Bu gün Brüsseldə Şimali Atlantik Alyansın üzv-ölkələrinin müdafiə nazirlərinin  görüşü baş tutacaq. Bu görüşdə Ukraynada baş verən və Krımın Rusiya ərazisinə birləşdirilməsinə gətirib çıxaran hadisələrin təkrarlanmasına yol verməmək üçün Rusiya sərhədlərinə yaxın əraziyə hərbi qüvvələrin yerləşdirilməsinin detalları müzakirə olunacaq.

Hərbi blok - Latviya, Litva, Estoniya, Polşa, Rumıniya və Bolqarıstan - altı Şərqi Avropa ölkəsinin hər birində 500-1000 əsgərdən ibarət əlavə batalyon yerləşdirmək niyyətindədir.

Onların əsas hissəsini ABŞ, Böyük Britaniya və Almaniyanın hərbçiləri təşkil edəcək. Baltikyanı ölkələrin müdafiəsi məqsədi ilə Baltik dənizində Böyük Britaniyanın beş hərbi gəmisi – “Freqat Iron Duke“”, eskadra minadaşıyıcısı və üç dəniz tratilçisi yerləşdiriləcək.

Bundan başqa, NATO Qərbi Avropa ölkələrində HƏM vasitələri və tanklar yerləşdirmək niyyətindədir.

NATO yanında ABŞ səfiri Duqlas Lyut bu yerləşdirməni “müasir təmkin siyasəti” kimi xarakterizə edib, SSRİ ilə soyuq müharibə dövründən fərqli olaraq bu daha mobil olacaq və hərbi ittifaqın üzv ölkələrinə istnilən təhülkəyə çevik reaksiya vermə imkanı yaradacaq.