» » Azərbaycandan mindən çox əcnəbi çıxarılıb

Azərbaycandan mindən çox əcnəbi çıxarılıb

Azərbaycandan mindən çox əcnəbi çıxarılıb

Dövlət Miqrasiya Xidməti məlumat yaydı.

Bu ilin yanvar ayı ərzində 1569 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən ucarliyiq.biz-a bildirilib. 

Həmin əcnəbilərdən 4-nün Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub. 101 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb. 

1145 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etmələri, 319 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay ərzində xidmətə miqrasiya məsələlərini əhatə edən 7403 müraciət daxil olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 41576 əcnəbinin müraciəti qeydə alınıb.