» » Ərdoğan ABŞ-ı seçim etməyə çağırdı

Ərdoğan ABŞ-ı seçim etməyə çağırdı

Ərdoğan ABŞ-ı seçim etməyə çağırdı

“ABŞ PYD-ni terror təşkilat kimi tanımır”.

ABŞ müttəfiqinin Türkiyə və ya terror təşkilatı olan Suriyadakı kürdlərin “Demokratik İttifaq” (PYD) partiyasının olduğunu müəyyənləşdirməlidir. 

ucarliyiq.biz xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı bildirib, TRT Habertelekanalı məlumat yayıb.

Onun sözlərinə görə, Türkiyə ABŞ-dan fərqli olaraq PYD və Kürdüstanın fəhlə partiyasının terror təşkilatı olduğunu anlayır.

ABŞ-ın PYD-ni terror təşkilatı kimi tanımaması Türkiyəni kədərləndirir, Ərdoğan bildirib.   

Bu ərəfədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ-ın Türkiyə və terror təşkilatları arasında seçim etməli olduğunu bildirib. O, “Demokratik İttifaq” (PYD) kürd partiyası Suriyada terror təşkilat olmamasına dair bəyanatın sağlam təfəkkürə zidd olduğunu hesab edir.

“Türkiyə dəfələrlə PYD və KFP terroçularının sıx əməkdaşlığına dair faktlar barədə məlumat yayıb”, - Çavuşoğlu bildirib.