» » Rusiyadan Türkiyə ilə 100 illik dostluq müqaviləsi ilə bağlı – AÇIQLAMA

Rusiyadan Türkiyə ilə 100 illik dostluq müqaviləsi ilə bağlı – AÇIQLAMA

Rusiyadan Türkiyə ilə 100 illik dostluq müqaviləsi ilə bağlı – AÇIQLAMA

“Bütün bunlar müəyyən edilmiş qaydalar üzrə ediləcək”.

Rusiya Xarici İşlər Nazirliyi Dövlət Dumasının deputatlarının sorğusu əsasında Türkiyə ilə dostluq və qardaşlıq haqqında “Moskva” müqaviləsinin ləğvi məsələsini araşdıracaq.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.

“Həqiqətən XİN-in ünvanına Dövlət Dumasının bəzi deputatlarının adından sorğu gəlib. Onlar anlaşmanın ləğvini təklif edir. Hazırda yalnız onu deyə bilərəm ki, məsələ araşdırılmalıdır. Sorğuda nəyin nəzərdə tutulmasını aydınlaşdırmaq lazımdır. Bütün bunlar müvafiq qaydada həyata keçiriləcək. Hələlik bu təşəbbüsün araşdırılması ən doğru addımdır”, - Zaxarova brifinqdə bildirib.

Daha öncə Rusiya Federasiyasının Dövlət Dumasının deputatları Valeri Raşkin və Sergey Obuxov (hər ikisi RFKP-nın üzvləridir) Rusiya prezidenti Vladimir Putinə və XİN rəhbəri Sergey Lavrova 1921-ci ilin mart ayının 16-da RSFSR  hökuməti və Türkiyənin Böyük Milli Məclisi arasında imzalanmış dostluq və qardaşlıq haqqında müqaviləni pozmağı təklif ediblər. 

Öz məktublarında deputatlar Türkiyənin davamlı aqressiv davranış xəttinə işarə ediblər.