» » Zadornov: Rusiyalılar hər şeyə qənaət edirlər

Zadornov: Rusiyalılar hər şeyə qənaət edirlər

Zadornov: Rusiyalılar hər şeyə qənaət edirlər

“Ərzaq məhsullarına olan tələbatda da azalma müşahidə edilir”.

Rusiyanın VTB24 rəhbəri Mixail Zadornov ölkə iqtisadiyyatında cari tendensiyaları, əsasən də rusiyalıların iqtisadi davranşını şərh edib.

ucarliyiq.biz RNS-ə istinadən xəbər verir.

Onun sözlərinə görə, rusiyalılar hər şeydə qənaət edilən total iqtisadiyyata keçiblər.

“Əhali hər şeyə qənaət edir, onlar kreditləri ödəyib, borc yükünü azaltmağa üstünlük verirlər”, - VTB24-ün rəhbəri bildirib.

O həmçinin avtomobil krediti bazarının dördə birinin azaldığını, əhaliyə kreditlərin nominal məbləğinin azaldığını qeyd edib. Ərzaq mallarına olan tələbatda da azalma müşahidə olunduğu halda, məişət texnikası reyelterləri, demək olar ki, əvvəlki qiymət nominallarını qoruyub saxlayıb.

“İnsanlar, hətta ərzağa da qənaət edirlər”, - Zadornov etiraf edib.