» » Dörd azərbaycanlı Rusiyadan qovuldu

Dörd azərbaycanlı Rusiyadan qovuldu

Dörd azərbaycanlı Rusiyadan qovuldu

“Daha iki xarici vətəndaş deportasiya ediləcək”.

Rusiyanın Ədliyyə Nazirliyi dörd Azərbaycan vətəndaşının ətrafdakılar üçün təhlükəli olmalarını nəzərə alaraq deportasiya edilmələrinə dair qərar qəbul edib.

ucarliyiq.biz xəbər verir ki, Federal Miqrasiya Xidmətinin Kemerovo vilayəti üzrə İdarəsinin nümayəndəsi Yevgeni Nevzorov bu barədə “MediaKuzbass”a cümə axşamı bildirib.

Məlumata görə, deportasiya edilənlərin sırasında Belov kaloniyasında narkotiklərin qanunsuz dövriyyəsinə görə 8,5 il həbsdə olan 35 yaşlı xarici vətəndaş da var.

Onunla bərabər Rusiyanı və Kemerovo vilayətini narkotik satışı ilə məşğul olan iki nəfər və oğurluq üstündə mühakimə edilmiş yerlisi də tərk edib.

“Bu şəxslərin ətrafdakılar üçün xüsusi təhlükəli olmasını nəzərə alaraq onlara dair Rusiya Ədliyyə Nazirliyi tərəfindən həmin şəxslərin 6-8 il və daha çox müddətə Rusiya ərazisində yerləşmələrinin arzuolunmaz olmasına dair qərar qəbul edilib”, - saytın həmsöhbəti bildirib.

Yaxın günlərdə daha iki xarici vətəndaş da deportasiya ediləcək.