» » İranın Rusiyanın “Su-30” təyyarəsinə gözü düşüb

İranın Rusiyanın “Su-30” təyyarəsinə gözü düşüb

İranın Rusiyanın “Su-30” təyyarəsinə gözü düşüb

Briqada generalı Hüseyn Dehqan bəyanatla çıxış edib.

İran Rusiya ilə “Su-30” qırıcılarının əldə edilməsinə dair danışıqların yekun mərhələsindədir, həmin təyyarələrin İranda istehsal edilməsi nəzərdə tutulub.

ucarliyiq.biz xəbər verir ki, bu barədə fevralın 10-da İran müdafiə və silahlı qüvvələrinin lojistikası naziri, briqada generalı Hüseyn Dehqan İran televiziyasının ikinci kanalına (TV2 IRIB) verdiyi müsahibəsində bildirib.

General Hüseyn Dehqan müsahibədə bəyan edib ki, İranın Çin istehsalı olan “J-10” qırıcıları almağa dair planı yoxdur.

Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurasının keçən ilki № 2231 qətnaməsinə (Əlavə “B”, bənd 5) görə, 2020-ci ilin oktyabr ayının 18-nə qədər İran tank, zirehli maşınlar, hərbi təyyarələr və helikopterlər, çapı 100 mm və daha böyük olan artilleriya və BMT-nin Adi silahların qeydiyyatına düşən digər silahları yalnız BMT-nin Təhlükəsizlik Şurasının icazəsi ilə ala bilər.