» » Türkiyə son iki gündə 12 şəhid verdi

Türkiyə son iki gündə 12 şəhid verdi

Türkiyə son iki gündə 12 şəhid verdi

Sərhəd bölgəsində döyüşlər davam edir.

Fevralın 10-də Türkiyənin Diyarbəkir bölgəsinin Sur şəhərində PKK yaraqlıları ilə döyüşdə yaralanmış 3 əsgər bu gün şəhid olub.

ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, beləliklə də, son iki gün ərzində Türkiyə Silahlı Qüvvələrinin PKK yaraqlılarına qarşı apardığı əməliyyatlar zamanı şəhid olan hərbi qulluqçularının sayı 12-yə çatıb.

Qeyd edək ki, Türkiyə ordusunun fevralın 1-də PKK yaraqlılarının qurduğu bombanın partlaması nəticəsində yaralanmış iki hərbçisi dünən dünyasını dəyişib.

Cizrə bölgəsində gedən əməliyyatlar zamanı daha 2 əsgər şəhid olub.

Şırnakın Uludərə bölgəsində isə işə gedən 3 məmurun olduğu avtomobil partladılıb, onlardan 2-si həlak olub, bir məmur yaralı halda xəstəxanaya yerləşdirilib.

Dünən gecə Şırnakda əsgərlərin daşındığı avtobusa qumbaraatandan açılan atəş nəticəsində daha 1 polis şəhid olub.

Yeni Şırnakın İdil məhəlləsində Suriyadan Türkiyəyə keçməyə çalışan 10-a yaxın PKK yaraqlısı ilə döyüşdə isə 1 əsgər şəhid olub, daha 3 nəfər yaralanıb.

Türk ordusu dünən daha bir itkini Sur bölgəsində verib. PKK yaraqlıları ilə döyüşdə yaralanaraq hospitala aparılan dəniz xüsusi qüvvələrinin döyüşçüsü gecə saatlarında dünyasını dəyişib.