» » Vizaların alınması asanlaşdı

Vizaların alınması asanlaşdı

Vizaların alınması asanlaşdı

“Nazirlər Kabinetinin qərarı ilə artıq xarici turistlər 3 və ya 5 gün müddətində elekton viza ala bilər”.
Bu sözləri ANS PRESS-ə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şixəmmədov bildirib.
“Elektron viza vermək istəyən turizm şirkətlərin ilk növbədə təsdiq edilimiş lisenziyası olmalı və müvafiq ərizə anket forması təqdim etməlidir”, deyən Vüqar Şixəmmədov bildirib ki, turizm şirkətlərinin qarşısına qoyulan əsəs şərtlərdən biri də Azərərbaycana turist cəlb etmələri ilə bağlıdır:
“İlk növbədə turizm şirkətləri ölkəmizə turist cəlb etməkdə maraqlı olmalıdırlar. Onlar bununla bağlı məsuliyyət götürürlər. Akkreditasiyadan keçmiş hər bir turizm şirkəti hər rübün sonunda şirkətlər Mədəniyyət və Turizm Nazirliyinə turistlərin cəlb olunması ilə bağlı hesabatı təqdim etməlidir”.
Vizaların alınması asanlaşdı

Vüqar Şıxəmmədov - Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli, 247 nömrəli qərarı ilə "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası" təsdiq edilib.
Qərarda qeyd edilir ki, "Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında" prezident İlham Əliyevin 30 noyabr 2012-ci il tarixli, 2577 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə 2013-cü ilin 15 mart tarixindən Azərbaycana viza tələb olunan ölkələrdən turizm məqsədilə gələn xarici turistlərə elektron turist vizalarının verilməsi tətbiq edilir.
Mədəniyyət və Turizm Nazirliyi ilkin olaraq əsasən gəlmə turizmlə məşğul olan 65 turizm şirkətinə sözügedən bu sistemdən istifadə edərək elektron turist vizası almaq hüququ vermişdi.
Qərardan əvvəl xarici turistlər 10 gün müddətində elektron viza ala bilirdilər.
Həmçinin oxuyun:
Azərbaycanın itirdiyi pullar
Azərbaycandan axan pullar