» » Soros: Putin bizim üçün müttəfiq deyil

Soros: Putin bizim üçün müttəfiq deyil

Soros: Putin bizim üçün müttəfiq deyil

“Onun dahiyanə taktikası var, amma strateji düha deyil”.

ABŞ və Aİ ölkələrinin liderləri “İslam Dövləti” (İŞİD) qruplaşmasının yaraqlılarına qarşı mübarizədə Rusiya prezidenti Vladimir Putini potensial müttəfiq olduğunu düşünməkdə ciddi səhvə yol verirlər.

ucarliyiq.biz xəbər verir ki, bu barədə amerikalı maliyyəçi Corc Soros  Project-syndicate.org-da dərc edilən yazısinda bildirib.

Onun sözlərinə görə, Putinin məqsədi – Avropa İttifaqının dağılmasına vasitəçilik etməkdir, bunu etməyin ən asan yolu isə Aİ-yə çoxsaylı suriyalı qaçqının gətirilməsidir. Soros yazır ki, Suriyanın 70 min dinc sakini Türkiyədə qalıb, onlar orada qalmaya da bilər.

“Putinin dahiyanə taktikası var, amma strateji düha deyil. Onun Suriya münaqişəsinə Avropanın qaçqınlar böhranının kəskinləşdirmək üçün qarışdığını ehtimal etmək üçün heç bir əsas yoxdur. Həqiqətən də onun qarışması strateji səhv idi, indi Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ilə hər iki ölkənin maraqlarına toxunan münaqişəyə cəlb edilib”, - Soros əlavə edib.

Bununla yanaşı, malliyyəçi Rusiya prezidenti Aİ-nin süqutu üçün imkan görən kimi bu imkanı əldən verməyib.

Eyni zamanda Sorosda nəyə görə ABŞ və Aİ liderləri Putinin davranışına görə dəyərləndirməyərək onun sözünə inanmaqlarına dair sual yaranır.