» » Rublun bahalaşması Azərbaycanı sevindirəcək

Rublun bahalaşması Azərbaycanı sevindirəcək

Rublun bahalaşması Azərbaycanı sevindirəcək

Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev bu ilin sonuna və ya gələn ilin əvvəlinə rublun məzənnəsinin qalxacağını proqnozlaşdırır.
Ucarliyiq.biz xəbər verir ki, bu barədə o, bu gün Vladivostokda açılan Şərq İqtisadi Forumun açılışında bildirib.
"Rubl həmişə ilin əvvəlində möhkəmlənir. Son 20 ilə baxılarsa, rubl üçün ən yaxşı dövrün fevralın sonu - mayın ortaları olduğunu görmək olar. Mən düşünürəm ki, gələn il üçün başqa şey gözləməyə dəyməz", - deyə Moiseyev vurğulayıb. Onun fikrincə, rublun məzənnəsi daha tez də möhkəmlənə bilər.
Son üç ayda Rusiya rublunun dollar qarşılığında məzənnəsi orta hesabla 25% azalıb. 3-24 avqust günlərində dollar rubla nisbətən 16% bahalaşıb. Hazırda Moskva birjasında 1 dollara 66,98 rubl almaq mümkündür.
Rublun bahalaşması Azərbaycanı sevindirəcək

Nüsrət İbrahimov - əmlak bazarı üzrə ekspert
Əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov rublun bahalaşmasının Azərbaycanın əmlak bazarına müsbət təsir göstərəcəyini vurğulayıb.
“Rublla bağlı baş verən istənilən proses az keçmədən Azərbaycanın əmlak bazarında özünü göstərir. Rubl bahalaşan kimi Rusiyada çalışan azərbaycanlı miqrantlar arasnıda pullarını dollara çevirərək Azərbaycanın əmlak bazarına sərmayə yatırmağa meylli olurlar. Əgər Moiseyevin dedikləri gerçəkləşərsə, Azərbaycanın əmlak bazarında fəallığın artacağını düşünmək olar. Bu isə yeni iş yerləri deməkdir”,- deyə Nüsrət İbrahimov ANS PRESS-ə bildirib.
Hazırda 1 manat 63,69 rubla bərabərdir. İyulun əvvəlində isə 1 manat 50 dollara bərabər olub.
Son 3 ay üzrə manatın rubla nisbətən məzənnəsi
Rublun bahalaşması Azərbaycanı sevindirəcək

Bakıda manatı çökdürən mafiya