» » Dağıstanda Azərbaycana inək daşıyan TIR atəşə tutuldu

Dağıstanda Azərbaycana inək daşıyan TIR atəşə tutuldu

Dağıstanda Azərbaycana inək daşıyan TIR atəşə tutuldu

Rusiya ərazisində Polşa daşıyıcısının avtomobilini atəşə tutublar.

Almaniyadan Azərbaycana cins inəklər gətirən və Polşa nəqliyyat firmalarından birinə məxsus olan TIR Rusiya ərazisində avtomatdan atəşə tutulub.

ucarliyiq.biz “Radiosu” istinadən xəbər verir ki, bu barədə nəqliyyat firmasının sahibi Valdemar Yaşur məlumat verib.

TIR Dağıstan ərazisində avtomatdan atəşə tutulub. Güllələr avtomobilin korpusunu deşib, bununla belə sürücü yara almayıb. O, avtomobili ən yaxın “QAİ” postuna qədər çatdıra bilib. TIR-la Almaniyadan Azərbaycana cins inəklər daşınırdı.

Valdemar Yaşur deyib ki, atəş açanlar məlum deyil. 

Xatırladaq ki, fevral ayının 1-dən etibarən daşıma üçün əvvəlki icazələrin müddəti bitdiyi üçün Polşanın yük maşınları Rusiya ərazisinə buraxılmırdı.

Buna cavab olaraq Polşa öz ərazisinə Rusiya TIR-larının girişini qadağan edib. Rusiya Federasiyası ərazisinə yanvar ayında daxil olan avtomobillər ölkə ərazisini fevralın 15-nə qədər tərk etməlidirlər.

Yükdaşımaların mübadiləsi mövzusunda danışıqlar davam edəcək.