» » Türkiyədə kürd yaraqlılarına qarşı əməliyyat sona çatdı

Türkiyədə kürd yaraqlılarına qarşı əməliyyat sona çatdı

Türkiyədə kürd yaraqlılarına qarşı əməliyyat sona çatdı

"Əməliyyat uğurla keçib".

Türkiyənin Suriya və İraq ilə həmsərhəd olan Şırnaq vilayətinin Cizrə rayonunda PKK terrorçularına qarşı əməliyyat başa çatıb. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əfqan Əla bəyan edib.

“Bu gün günortadan sonra Cizrədə əməliyyat sona çatıb. Əməliyyat çox uğurlu keçib, amma müəyyən müddət ərzində orada axtarış tədbirləri həyata keçirilib. Bununla əalqədar komendant saatı bir müddət qüvvədə qalacaq”, - o deyib.

Ötən il dekabrın 14-dən etibarən Cizrədə, Ankaranın terror təşkilatı hesab etdiyi PKK üzvlərinin fəaliyyəti ilə əlaqədar komendant saatı elan olunmuşdu.

Terroçular bu vilayətin bir sıra rayonlarında ətrafda yarğanlar qazaraq və barrikadalar quraraq yolları bağlamışdılar.

PKK üzvləri yaşayış evlərində hücumun qarşısını almaq üçün atəş nöqtələri yaratmışdılar.